Head of HSE
Tələblər:
- Ali təhsil / Texniki sahə üzrə;
- İngilis dili mükəmməl bilməli, rus dili arzu olunandır;
- Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq sertifikatların olması vacibdir;
- Anoloji sahə üzrə 5 ildən artıq iş təcrübəsi;
- Əməyin Mühafizəsi və Ətraf Mühitlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq təşkilatların hüquqi normativ sənədlərini və beynəlxalq standartları (İSO 45001, İSO 14001 və s) bilməli;
- Müəssisədə tətbiq olunan prosedur və formaların tələblərini və istifadə qaydalarını bilməlidir.
Vəzifə öhdəlikləri:
- İş yerlərində əməyin və ətraf mühitin mühafizəsinə dair işləri əlaqələndirmək və onların həyata keçirilməsi vaxtını müəyyənləşdirmək;
- Müəssisədə əmək qanunvericiliyinin, təhlükəsizlik norma və qaydalarının, eləcədə əməyin və ətraf mühitin mühafizəsi üzrə digər normativ sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;
- Müəssisədə əmək təhlükəsizliyi üzrə işçilərin biliklərinin yoxlanılması üçün daimi fəaliyyət göstərən komissiyanın işini təşkil etmək;
- Müvafiq şöbə, xidmət və bölmələrin mühəndis-texniki işçilərini cəlb etməklə ardıcıl olaraq iş yerlərində əmək şəraitini yoxlamaq, pozuntu və çatışmazlıqları aşkar etdikdə onların aradan qaldırılması üzrə səlahiyyətləri çərçivəsində tədbirlər həyata keçirmək;
- Müvafiq şöbə və xidmətlərlə birlikdə istehsal proseslərinin və işlərin təhlükəsiz təşkilinə, avadanlıqların təhlükəsiz istismarına, istehsalat binalarının, qurğularının və digər məişət obyektlərinin texniki vəziyyətinə, iş yerlərində kollektiv mühafizə və qoruyucu (xilasedici) vasitələrin lazımi miqdarda və işlək vəziyyətdə olmasına nəzarəti həyata keçirmək;
- Müvafiq şöbə və xidmətlərlə birlikdə təzyiq altında işləyən qabların, qurğu və avadanlıqların, həmçinin yükqaldırıcı mexanizmlərin, ventilyasiya qurğularının, xüsusi texnika və avtomobillərin vaxtaşırı texniki baxışdan keçməsinə nəzarət etmək;
- İstehsalat sahələrinin yoxlanılmasına, istehsalat mühitinin (toz, qaz, səs-küy, titrəmə) normalara uyğun səviyyədə olmasının müəyyənləşdirilməsi məqsədilə ölçmələrin aparılmasına, həmçinin sanitar-texniki pasportların vaxtında doldurulmasına nəzarət etmək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Sətəm şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
Cv:
Career@retail.az
Mənbə: jobsearch.az