Əməyin Mühafizəsi üzrə Mühəndis / HSE engineer

Vakansiya – Əməyin təhlükəsizliyi üzrə mühəndis
Vəzifə öhdəlikləri:
• Mağaza,kafe və anbarlarda əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
• Obyektlərdə mütəmadi yoxlamalar aparmaq, risklərin qiymətləndirilməsini həyata keçirmək və qabaqlayıcı tədbirlər planı hazırlamaq;
• İşçilər üçün əməyin mühafizəsi üzrə təlimlər keçmək və maarifləndirici materiallar hazırlamaq;
• İş yerində baş verən hadisələrin (qəzalar, xəsarətlər və s.) araşdırılmasında iştirak etmək və hesabatlar tərtib etmək;
• Əməyin təhlükəsizliyi üzrə sənədləşmə və hesabatların aparılmasını təmin etmək;
• Mövcud qanunvericilik və şirkət standartlarına uyğun əməyin mühafizəsi sisteminin inkişafında iştirak etmək.
Tələblər:
• Ali təhsil (əməyin təhlükəsizliyi, mühəndislik və ya oxşar sahə üzrə);
• Əməyin təhlükəsizliyi üzrə müvafiq sertifikatlara sahib olmaq
• Əməyin təhlükəsizliyi sahəsində minimum 3 il iş təcrübəsi
• Əməyin mühafizəsi və təhlükəsizlik üzrə normativ aktları yaxşı bilmək;
MS Office proqramlarında işləmə bacarığı;
Gözəl ünsiyyət və təqdimat bacarığı.
Əmək şəraiti:
• Əmək haqqı 1500 AZN net
• İş qrafiki: 5 günlük iş rejimi
📥 CV-lərinizi aşağıdakı mail ünvanına “Əməyin təhlükəsizliyi üzrə mühəndis” başlığı ilə göndərə bilərsiniz:
cv@novco.com
Qeyd: HSE.AZ bu vakansiyanı iş axtaranlara dəstək məqsədilə paylaşır. HSE.AZ MMC-nin yerləşdirilən vakansiyalarla hər hansı birbaşa əlaqəsi yoxdur.
Mənbə: linkedin profili
