İş yerində isti və soyuq temperatur – Hot and cold work environment
Burada yazılanlar hər hansı bir müəssisənin qayda-qanunlarının formalaşması üçün əsas ola bilməz!
Azərbaycan Respublikasının müvafiq normativ aktlarına, sənədlərinə, nizamnamələrinə, qanunvericiliyinə istinad edilməlidir!
Ekstermal temperaturlu iş mühitlərinə bir sıra yerlərdə rast gəlmək olar. Misal üçün: İsti soba ətrafında işləyənlər, soyuq anbar binası və s.
İqlimdən və mövsümdən asılı olaraq bəzi işçilər hər iki – isti və soyuq temperatura məruz qalırlar.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci bəndində göstərilir: “
İşçilər havanın temperaturu 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır”.
İsti iş şəraitinin işçilər üzərində buraxdığı sağlamlıq və təhlükəsizlik ilə bağlı təsirləri:
– Bədəndə quruluq – tərləmə nəticəsində bədəndən suyun itirilməsi
– Əzələ qıcolmaları – Tərləmə nəticəsində bədəndən duzların xaric olması
– İstiliklə bağlı stres
– İsti vurma
– Yanıqlar
Xərçəng xəstəliyi və s.
Qarşısı alınma yolları:
– İş yeridə yaxşı ventilyasiya siteminin quraşdırılması
– İstilik mənbələrinin izolyasiya olunması
– Sərin otaqlar, sığınacaqların təmin olunması
– Sərin su, içkilərin təmin olunması
– Mütəmadi fasilələr və işçi rotasiyasıın yerinə yetirilməsi
– Xüsusi fərdi mühafizə vasitələrinin təmin olunması
Soyuq iş mühitində işləyən işçilərdə mühitin sağlamlıq və təhlükəsizliklə bağlı effektləri:
– Hipotermiya – bədən temperaturun 35 C-dən aşağı düşməsi
– Şaxta vurma
– Sürüşmə təhlükələri
– Don vurma nəticəsində yanıqlar
Qarşısı alınma yoları:
– Soyuq döşəmələrin üzərinin bağlanması
– İsti otaqların, sığınacaqların təmin olunması
– Xüsusi fərdi mühafizə vasitələrin təmin olunması
– İsti qida və içkilərlə təmin olunma
– Don vrumuş, buz bağlamış yerlərin təmizlənməsi, duzlanması
İstənilən halda işçilərin soyuq və isti mühitin təsirləri, insandakı ilkin simptomları barədə məlumat vermək, təlimlədirmək lazımdır ki, onlar hər hansı narahatçılqı hiss etdikləri an dərhal məruzə və müraciət edə bilsinlər.
Yazıda “NEBOSH” materialına istinad olunub.