İş Qabağı Toplantı – Toolbox talk

31 August 2020
Views:

Burada yazılanlar hər hansı bir müəssisənin qayda-qanunlarının formalaşması üçün əsas ola bilməz!
Azərbaycan Respublikasının müvafiq normativ aktlarına, sənədlərinə, nizamnamələrinə, qanunvericiliyinə istinad edilməlidir!

İş Qabağı Toplantı (İQT) şirkətin ümumi təhlükəsizlik proqramının bir hissəsi olaraq qeyr-rəsmi təhlükəsizlik toplantısıdır. İQT iş növbəsinin və ya yerinə yetiriləcək tapşırıqdan əvvəl iş sahəsində keçirilir. Toplantıda işin xüsusi təhlükəsizlik aspektləri nəzərə alınaraq mövzu şəklində işçilərə məlumat verilir. İQT qısa vaxt müddətində (maksimum 15 dəqiqə məsləhətdir) təşkil olunur və iştirakçılara işlə bağlı əsas təhlükələr və təhlükəszi iş praktikası izah olunur. Çox effektiv xüsusiyyətə malikdir. Belə ki, işçinin təhlükəszliklə bağlı biliklərini yeniləyir və işçilər arasında informasiya mübadiləsini labüd edir.

İş Qabağı Toplantının aşağıdakı təsirləri ola bilər:
– Təhlükəsizliklə bağlı agaholmanı inkişaf etdirir. İşçilər təhlükəsizliklə bağlı söhbətə cəlb olunur və riskləri azaldır
– İşçilərə yeni qaydalar, qanunlar, avadanlıqlar, proses və s haqqında məlumat çatdırılmasına yardım edir.
– İşçilərə potensial qəzaların baş vermə səbəbləri və ondan yayınma yolları çatdırırlır.
– İşdən əvvəl planlamanı, hazırlığı, nəzarət və sənədləşməni təbliğ edir.
– İşçiləri öz təcrübələrini bölüşməyə həvəsləndirir.

İş Qabağı Toplantının xüsusiyyətləti:
– Hər iş növbəsinin əvvəlində gərək cədvəl formasında hazırlana
– Toplantı gərək iş sahəsində keçirilsin
– Toplantının müddəti gərək təxminən 10-15 dəqiqə ola
– Əvvəlki toplantılarda qeyd olunmuş vacib məqamlar yenidən xatırladıla bilər
– Müzakirə cari tapşırıq üzərində aparılmalıdır
– Eyni zmaanda tapşırığın ətraf mühit amilləri, təhlükələri, ilk yadım tədbirləri, FMV, Fövqəladə hallara reaksiya tədbirləri gərək müzakirə oluna
– İşçilərin toplantıda fəal iştirakı gərək həvəsləndirilə
– Qısa sual-cavab, testlər ilə toplantı daha maraqlı keçirilə bilər

İş Qabağı Toplantının keçirilməsi növbə rəhbərinin,supervayzerin və bu kimi digər rəhbər işçinin məsuliyyətindədir.
STTƏMM mümayəndəsi İQT-nın nə dərəcədə effektli keçirilməsinə nəzarət edir. Əvvəlki növbə və ya gün ərzində qedyə alınmış qayda pozuntuları, müşahidə edilmiş uyğunsuzluqlar STTƏMM nümayəndəsi tərəfindən ifadə edilə bilər.