HSE exams & assessments
Peşə Sağlamlığı və Təhlükəsizliyi üzrə ümumi imtahan
Aylıq imtahan haqqında məlumat
Məqsəd
- Peşə sağlamlığı və təhlükəsizliyi sahəsində çalışan işçilərin və ya bu sahə üzrə çalışmaq istəyən, eləcə də digər sənaye sahələrində çalışan şəxslərin öz biliklərini qiymətləndirməsi, zəif və müsbət tərəflərin aşkar edilməsi, daimi mütaliəni və inkişafı təşviq etmək.
İmtahanların keçirilmə vaxtı
- İmtahanlar hər ayın sonuncu günü axşam saat 20.00 – 22.00 ərəfəsində reallaşdırılır.
İmtahanların keçirilmə metodu
- Mövcud “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq imtahanlar onlayn video konfrans formatında (ZOOM proqramı üzərindən) təşkil olunur. İmtahanlarda iştirak etmək üçün bu səbəbdən internet əlaqəsinin olması, imtahana qoşulacağınız cihazın (mobil smart telefon, laptop, masaüstü komputer, planşet/tab və s) səs və kamera imkanları olmalıdır.
İmtahanda kimlər iştirak edə bilər?
- İmtahanlarda vəzifəsindən, çalışdığı sənaye sahəsindən asılı olmayaraq yaşı 18-dən az olmayan istənilən şəxslər iştirak edə bilər.
İmtahanda iştirak qaydası
- İmtahanda iştirak etmək üçün siz “imtahanda iştirak qeydiyyat forması”nı doldurmalısınız
- Qeydiyyat formasını doldurmaqla yanaşı siz həm də tələb olunan ödənişi yerinə yetirməlisiniz
- Qeydiyyatınızın qəbul olunması ilə bağlı təsdiq e-maili əldə edəcəksiniz və sizə imtahan qaydaları göndəriləcəkdir
- Bir nəfərdə internet kəsintisi səbəbilə imtaha dayandırılmayacaqdır.
- Hər hansı səbəbdən imtahanda iştirak edə bilməsəniz ödəniş geri qaytarılmır
- İmtahan qaydalarına zidd addımlar sizin imtahandan xaric olmağınıza səbəb olacaq. Xəbərdarlıq edilməyəcəkdir. (qaydalarla imtahandan öncə tanış olacaqsınız)
Qeydiyyatdan keçdikdən sonra sizə imtahan qaydaları haqqında ətraflı məlumat veriləcəkdir.
İmtahanda iştirak haqqı
- Hər bir şəxs üçün imtahanda iştirak haqqı 10 (on) azn təşkil edir.
İmtahan sualları
- İmtahan 10 sualdan ibarətdir. Bəzi suallar bir neçə alt sualdan ibarət ola bilər. İmtahanda suallaradan neçəsinin cavablandırılması ilə bağlı hələ ki, hər hansı tələb yoxdur. Hər bir sual 10 bal təşkil edir. Toplam 10 sualın təşkil etdiyi cəm bal – 100. Alt suallardan ibarət sualın balı 10 olmaqla, o sualı təşkil edən bütün alt sualların cəmi əsasında müəyyən edilir. Məsələn: 5 nömərli sual 3 hissədən ibarətdir. Toplam 10 bal 3 sual arasında bölüşdürülür. 2+2+6 və ya 3+3+4. Sualların balları onların çətinlik dərəcəsinə görə müəyyən edilir.
Üçüncü imtahanın mövzuları
- Təhlükəli maddələrlə iş, onların saxlanılması və daşınması qaydaları.
- Düşən əşyalar.
- Qəzaların araşdırılması.
- Qida təhlükəsizliyi (ümumi anlayışlar).
- Yükqaldırma (kran) əməliyyatı təhlükəsizliyi.
- İş avadanlıqları və alətləri təhlükəsizliyi.
- İlk yardım (ssenari əsaslı sual).
- İş yerində nəqliyyat təhlükəsizliyi.
- İş yerində təhlükəsizlik yoxlamaları.
- Yanğın təhlükəsizliyi
Keçid balı
- Aylıq imtahanlarda keçid balı yoxdur. İştirak etmiş şəxslərin topladıqları ballara görə reytinq cədvəli müəyyən olunacaq.
Mükafat
▪︎ 3 qrup təşkil olunacaq. Hər qrupun qalibi olan 3 nəfərə ödənişsiz ISO 45001 Daxili auditor (“EXEMPLAR GLOBAL” təsdiqli) kursu mükafat kimi təqdim olunur. Mükafat partnyorumuz “QSI” ilə əməkdaşlıq çərçivəsində təqdim olunur.
İmtahan tarixi: 26 Sentyabr 2021
Ödəniş: 15 azn
Qeydiyyatdan keçmək üçün: info@hse.az