“HSE dostu” İanə proqramı

HSE.az “Sağlam və təhlükəsiz Azərbaycan naminə” şüarı altında ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, təhlükəsiz və sağlam mühitin formalaşdırılması üçün daim maarifləndirmə işini həyata keçirir. İanə proqramına qoşulmaqla ölkəmiz üçün görüləcək bu faydalı işin bir parçası ola bilərsiniz. Gəlin, gələcək nəslə “Sağlam və təhlükəsiz Azərbaycan” miras qoyaq!

Donation amount

İanənin təyinatı

Hər 10 AZN ölkənin 6 kg plastik kütlədən təmizlənməsi və ya hər 15 AZN ölkədə 1 ağac əkilməsi deməkdir. Ətraf mühitin mühafizəsi kateqoriyası üzrə yığılmış vəsait bu sahə üzrə müxtəlif etibarlı təşkilatlar tərəfindən yerinə yetirilən təşviqat və kompaniya fəaliyyətlərinin yerinə yetirilməsinə dəstək məqsədilə ayrılacaqdır.
Bu kateqoriya üzrə yığılan vəsait əməyin mühafizəsi və sağlamlıq məsələlərində insanların maarifləndirilməsi, biliklərinin artırılması istiqamətində sərf olunacaq. Bura, maddi imkanı zəif olan həmkarların təhsilinin davam etdirilməsi, cəmiyyətin ümumi biliyinin artırılması və thlükəsizlik mədəniyyətinin inkişafı istiqamətində yerinə yetiriləcək işlər və s daxildir.
İş qəzaları nəticəsində insanlar müxtəlif dərəcəli xəsarətlər alır, ömürlük əlil olur, əmək qabiliyyətlərini itirirlər. Əmək qabiliyyətinin itirilməsi insanların maddi qazanclarının aşağı düşməsinə, ailədə sosial problemlərin yaranmasına gətirib çıxarır. Bu kateqoriya üzrə yığılan vəsait iş qəzaları zamanı ciddi şəkildə xəsarət almış və əmək qabiliyyətini itirmiş şəxslərin maddi vəziyyətinə dəstək olmaq üçün sərf ediləcəkdir.
Bu kateqoriya üzrə yığılan vəsait maarifləndirmə işində bizə dəstək olan, bizimlə çalışan şəxslərin işlərinin davam etdirilməsini həvəsləndirmək üçün sərf olunacaqdır.

Donation form

Your details

Qeyd: Bütün kateqoriyalar üzrə yığılan vəsaitin hesabatı hər ay veb saytımız və sosial şəbəkə səhifələrimizdə şəffaflıq naminə nümayiş olunacaqdır.
Yerinə yetirdiyimiz işlərdə göstərdiyiniz dəstək üçün əvvəlcədən təşəkkürümüzü bildiririk.