• Telefon: +994 50 7367575 / +99470 8975657


SƏTƏMM üzrə mütəxəssis- HSE specialist



SƏTƏMM üzrə mütəxəssis- HSE specialist

Vakansiya: SƏTƏM mütəxəssisi

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 2 il iş təcrübəsi
Təhsil: Ali
Yaş həddi: 23-33

İşin təsviri:

Şirkətdə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsinə nəzarət etmək, əməyin təhlükəsizliyi ilə bağlı prosesləri icra etmək.

Vəzifə öhdəlikləri:

- Şirkətdə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsini həyata keçirmək;
- Şirkətin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayaraq həyata keçirilməsini təşkil etmək;
- Əməyin mühafizəsinə dair təlimatları hazırlamaq və tətbiq etmək;
- İşə yeni qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair giriş təlimatının verilməsini təmin etmək;
- Təlimat jurnallarının imzalanmasına nəzarət etmək;
- Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq.

Tələblər:

- SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması üstünlükdür:
- Şəxsi avtomobilinin olması.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Avtomobilin yanacaq xərcləri şirkət tərəfindən qarşılanır;
- Nahar ilə təmin edilir.

Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “SƏTƏM mütəxəssisi” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Mənbə: jobsearch.az