• Telefon: +994 50 7367575 / +99470 8975657


SƏTƏMM üzrə mühəndis - HSE Engineer



SƏTƏMM üzrə mühəndis - HSE Engineer

Vakansiya: SƏTƏM üzrə mühəndis

Logistik şirkət.

Müraciət üçün son tarix: 31 Yanvar, 2019-cu il

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (SƏTƏM üzrə mühəndis ) elektron məktubunun MÖVZU (SUBJECT) bölməsində qeyd edərək hrlogisticsaz@gmail.com göndərin.

Hörmətli iş axtaran yoldaş, sizdən xahiş edirik ki, vakant vəzifənin tələbləri ilə tanış olduqdan sonra, əgər özünüzü bu vakant vəziənin tələblərinə tam uyğun hesab edirsinzsə, buyurub, bizimlə əlaqə saxlayın. Vəzifəyə və tələblərə uyğun olmayan CV-lərə baxılmayacaqdır.

VƏZİFƏLƏRİ:

 Əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda tətbiqi
 İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət
 İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili
 İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak
 İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasının təşkili
 Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
 Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak
 İşə qəbul olumnuş, o cümlədən müvəqqəti hər bir işçiyə və kənardan gələn hər bir şəxsə təhlükəsizliklə bağlı giriş təlimatının keçirilməsi və əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik göstərilməsi
 Müvafiq qanunvericiliyin və müəssisənin tələblərinin işçilərin nəzərinə çatdırılması;
Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak
 Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak
 İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak
 İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxması və lazımi ölçülər götürülməsi
 Müəssisədə mövcud İSO standartlarına uyğun forma və qaydalara uyğun olaraq hesabat aparmalması
 Maliyyə şöbəsinə əməyin mühafizəsinə və illik fəaliyyət planının hazırlanmasına xərclənəcək vəsaitlər üçün müraciət edilməsi;
 İşçiləri tibbi müayinəyə göndərilməsi;
 Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
 İşçilərin fövqəladə hal zamanı cavab hərəkətləri haqqında təlimat keçirilməsi;
 Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi
 Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
 Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi
 Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

TƏLƏBLƏR:

 İş planlama və təşkil etmə bacarığı olmalı
 Ali təhsil
 5 ildən artıq bu sahədə iş stajı
 MS Office
 İşçi səviyyədə İngilis dili bilikləri mütləqdir
 SƏTƏM üzrə sertifikat (minimum Azərbaycan Respublikası FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzərəti Dövlət Agentliyi tərəfindən verilən sertifikat)

Mənbə: jobsearch.az