• Telefon: +994 50 7367575 / +99470 8975657


KSƏTƏMM Meneceri - QHSE Manager



KSƏTƏMM Meneceri - QHSE Manager

İşin adı: Keyfiyyətə Nəzarət və Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Menecer
Şirkət: Modern group
İş yeri: Bakı şəh. Nərimanov rayonu, Əhməd Rəcəbli 19A
İş təcrübəsi: minimum 5 il
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında müəyyən olunacaq
İş qrafiki : 5 günlük (09:00 – 18:00)

Vəzifə öhdəlikləri:

Keyfiyyətə Nəzarət

• Holdinqə daxil olan müəssisələrdə keyfiyyətə nəzarət sisteminin qurulması;
• Keyfiyyətə nəzarət sahəsində prosedur qaydaların hazırlanması və tətbiq olunmasına nəzarət edilməsi;
• Keyfiyyətə nəzarət işlərinin təşkili üçün iş planının tərtib edilməsi;
• Məhsulların keyfiyyətinin yaxşılaşdırılması, daxili və xarici bazarların tələbatına uyğunlaşdırılması üçün tədbirlərin hazırlanması və həyata keçirilməsinin təmin edilməsi;

• İllik plana əsasən audit proqramlarının hazırlanması və plana uyğun olaraq daxili yoxlamaların həyata keçirilməsi;
• Aparılmış yoxlamalar əsasında hesabatların hazırlanması və Holdinq rəhbərliyinə təqdim edilməsi;
• Keyfiyyətə nəzarət sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi;
• Keyfiyyətə nəzarət üzrə müəssisələrdə mövcud olan mütəxəssislərin işinin idarə olunması və hesabatlılığın təmin edilməsi.

Əməyin Mühafizəsi və Texniki Təhlükəsizilik

• Əməyin mühafizəsi və Terxniki Təhlükəsizlik sahəsində Holdinqə daxil olan müəssisələrin siyasətinin müəyyən edilməsi;
• Ölkə qanunvericiliyi və Beynəlxalq tələblərə cavab verən prosedur qaydalarının hazırlanması və tətbiqinə nəzarət;
• Müəssisələrdə mövcud SƏTƏM əməkdaşlarının işinin təşkili və onların bilik və bacarıqlarının inkişaf etdirilməsi;
• SƏTƏM üzrə vaxtaşırı yoxlamaların aparılması, risklərin aşkarlanması və müvafiq qabaqlayıcı tədbirlərin görülməsi;
• SƏTƏM üzrə dövri hesabatların hazırlanması və Holdinq qərhbərliyinə təqdim olunması

Namizədə tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını hr@moderngroup.az e-mail ünvanına 31.01.2019 cü il tarixinə qədər mövzu yerində “Keyfiyyətə Nəzarət və Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Menecer” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

Mənbə: jobsearch.az