• Telefon: +994 50 7367575 / +99470 8975657


SƏTƏMM üzrə mühəndis - HSE Engineer



SƏTƏMM üzrə mühəndis - HSE Engineer

Vəzifə: SƏTƏMM mühəndisi
Şirkət: Unimetal MMC

VƏZİFƏLƏR

İş prosesində yarana biləcək təhlükəli iş şəraitinin qarşısının alınması məqsədi ilə müvafiq təhlükəsizlik tədbirlərin həyata keçirilməsi, təhlükəsizlik prinsiplərini və texnologiyalarını tədbiq edərək səhhətin, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması üzrə prosedura və qaydalarının hazırlanması və proqramlarının planlalaşdırılması, həyata keçirilməsi və təhlükəsizlik işlərinin koordinasiya edilməsi
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitariya işlərinin təşkil edilməsi
İstehsalat yerlərində və satış obyektlərində nizam-intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyenaya şirkətdaxili prosedura və qaydalar çərçivəsində riayət olunmasına nəzarət edilməsi
İstehsalat zədələri və peşə xəstəliklərin səbəblərinin müəyyən edilməsi, iz aktlatın və digər aidiyyatı hesabatların və sənədləşmələrin hazırlanması, hadisələrin qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onların təftiş və təhlil edilməsi, mütamadi hesabatların hazırlanıb rəhbərliyə çatdırılması
İş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə mütamadi yoxlamalar və ya qiymətləndirilmələrin aparılması
İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini araşdırmaq və bu kimi hallar olduğu təqdirdə iş prosesinin saxlatdırılması ilə bağlı tədbirlər planın hazırlanması və icrası
Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq, və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək
İş günləri- həftənin 6 günü
Nahar şirkət tərəfindən verilir
Nəqliyyat təmin edilir (Avtobus)
TƏLƏBLƏR

Təhsil: Ali (magistr)
İş təcrübəsi: 3 ildən artıq
25 - 40 yaş
İstehsalat, Tikinti-İnşaat mühəndisliyi sahəsində ali təhsilli olmalı;
Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə sahib olmalı;
Tikinti-inşaat, istehsalat texnologiyasının əsaslarını yaxından bilməlidir;
Azərbaycan, İngilis və rus dillərini bilməlidir
Microsoft Office, Internet, Outlook proqramlarında işləmək bacarığı
İxtisas üzrə sertifikatlara sahib olan namizədlərə üstünlük veriləcəkdir.
Mühitə tez uyğunlaşan, komandada işləmə qabiliyyəti, dəqiq, məsuliyyətli
Stres altında işləməyi bacaran
Nizam-intizamlı, yüksək ünsiyyət qabiliyyətl

Əmək haqqı: 800-1000 azn
Uyğun namizədlər mövzu (tema) yerinə “SƏTƏM Mühəndisi” yazaraq hr@unimetal.az mail adresə öz CV-lərini göndərə bilərlər. Yalnız tələblərə uyğun gələn şəxslərlə əlaqə saxlanılacaqdır. Xahiş edirik telefon vasitəsilə əlaqə saxlanılmasın.

Mənbə: finmarket.az