• Telefon: +994 50 7367575 / +99470 8975657


Velosipedin təhlükəsiz idarəedilməsi - Cycling safety



Velosipedin təhlükəsiz idarəedilməsi - Cycling safety

Velosipedi idarəedən zaman bəzi təhlükəsizlik qaydaları vardır ki, onlara əməl etmək lazımdır. Əks təqdirdə, həyatınız və başqalarının həyatı bahasına başa gələ, xəsarət almasına səbəb ola bilrəsiniz. Saytımızın izləyicisi İSLAYIL HACIHƏSƏNOV tərəfindən hazırlanmış bu təhlükəsizlik təlimatını maariflənməyiniz üçün sizlərə təqdim edirik.

Velosipedin təhlükəsiz idarəedilməsi üzrə təlimat

1. Təhlükəsizliyin ümumi tələbləri

1.1. "Yol hərəkətinin Qaydalarına" əsasən küçələr və avtomobil yollarında bütün tip velosipedləri idarə etmək - 14 yaşdan aşağı şəxslərə icazə verilmir.

1.2. Bu təlimata riayət etmə bütün öyrənənlər üçün mütləqdir.

1.3. Öyrənənlər velosipedin sürmə qaydalarına, əməyin və istirahətin təyin olunmuş rejimlərinə riayət etməlidirlər.

1.4. Velosipedi sürmə zamanı aşağıdakı təhlükəli və zərərli amillərin təsiri mümkündür::

· Velosipedin sürmə qaydalarına riayət edilməməsi vaxtı alınan travmalar və zədələr

· Velosipeddən yıxılma zamanı alınan travmalar və zədələr.

· Yol qaydalarını bilməməkdən qəza vəziyyətinin yaradılması.

· Velosipedin çatışmazlıqlarına onun yolda dayanıqsızlığı, əlverişsiz hava şəraitindən velosipedçinin qorunmaması aiddir — soyuq, küləklər, yağıntı və s.

1.5. Velosipedçilər yalnız kənar sağ zolaq üzrə hərəkət etməlidirlər, bir cərgədə - mümkün qədər sağda.

1.6. Bədbəxt hadisə vaxtı zərər çəkmiş və ya bədbəxt hadisənin şahidi dərhal rəhbərliyə məlumat verməyə borcludur.

1.7. Əməyin mühafizəsi üzrə təlimatı pozan və ya yerinə yetirməyən öyrənənlər, məsuliyyətə cəlb olunurlar və bütün öyrənənlər üçün növbədən kənar təlimat keçirilir.

2. Səfərə başlamamışdan əvvəl təhlükəsizlik tələbləri

2.1. Velosipedi sürən zaman həmişə dəbilqəni geyinin. Dəbilqədən istifadə sizi həmişə başın zədələnməsindən qoruyacaq.

2.2. Qoruyucu eynəklərdən istifadə etmək tövsiyə olunur.

2.3. İdarəetmə zamanı heç vaxt qulaqcıqların vasitəsi ilə musiqiyə və ya radioya qulaq asmayın. Bu sizi yolda baş verənlərdən yayındıra bilər və sizin üçün çox təhlükəli ola bilər.

2.4. Dərman qəbul etdikdən sonra velosipedi sürmək olmaz.

2.5. Velosipeddə heç kimi daşımaq olmaz.

2.6. Velosipeddə hər hansı bir yük daşınan zaman, o idarəetməyə mane olmamalıdır, həmçinin velosipedin qabaritindən 0.5 m eninə və uzununa qabağa çıxmamalıdır.

2.7. Tövsiyə olunur ki, davamlı olaraq velosipedin əsəs hissələrin texniki vəziyyətinə nəzarət edəsiniz.

2.8. Əşyaları sükandan sallamaq olmaz. Onlar təkərin arasına düşə bilər, və sükanın gözlənilmədən istiqamətini dəyişməsinə səbəb ola bilər.

3. Səfər zamanı təhlükəsizlik tələbləri

3.1. Nəqliyyat vasitəsini idarəedən, yol hərəkətinin iştirakçısı olduğunuz üçün yol hərəkəti qaydalarının bütün tələblərinə riayət etməlisiniz, işıqforların siqnallarına, yol nişanı tələblərinə, yol nişanlarına tabe olun; yollarda yalnız birtərəfli hərəkətlə icazə verilmiş istiqamətdə gedin və s.

3.2. Həmişə hərəkət sürətinə nəzarət edin. Hərəkətin sürəti yol vəziyyətindən və velosipedçinin təcrübəsindən asılı olmalıdır.

3.3. Dönmə, tormozlama və dayanma zamanı əlinizlə düzgün siqnal (işarə) verməlisiniz. Sol tərəfə uzadılmış sol əl sola dönməni bildirir, dirsəkdə yuxarı əyilmiş sol əl sağa dönməni bildirir, aşağı salınmış sol əl dayanmanı bildirir.

3.4. Yolun sağ tərəfi ilə gedin, heç vaxt qarşıdan gələnin zolağına keçməyin.

3.5. Velosipedi ikilikdə sürməyin, çünki onun raması və komponentləri ikiqat yük üçün nəzərdə tutulmayıb.

3.6. Həmişə yolu diqqətlə izləyin: çuxurlar, yolların yumşaq və dərin kənarları qəzalara səbəb ola bilər, və nəticədə travma ala bilərsiniz. Dəmir yolu yataqının üstündən ehtiyatla keçmək lazımdır, velosipedi 90 dərəcə altında istiqamətləndirmək lazımdır. Əgər yolun vəziyyətindən əmin deyilsizsə, onda velosipeddən düşüb keçin belə yolları.

3.7. Avtomobil yollarında xüsusən diqqətli olmaq lazımdır. Yaddan çıxarmaq olmaz ki, velosipedçilər avtomobillərə və motosikletçilərə nisbətən daha az gözə çarpırlar. Qabarit siqnallardan, zəng səsindən və üstündə əks etdirən zolaqlar olan velosiped geyimindən istifadə, yolda baş verəcək təhlükəli hadisələrdən sizi sığortalaya bilər. Həmçinin velosipedi istənilən anda saxlamağı öyrənmək lazımdır.

3.8. Həmişə dayanma üçün lazım olan hərəkətli və ya hərəkətsiz obyektə qədər məsafəni saxlayın. Yolun vəziyyətini nəzərə alaraq tormozlama məsafəsini nəzərə alın.

3.9. Sükanı əllərlə saxlamadan idarə etmək olmaz.

3.10. Bir neçə velosipedçi bir sütun şəklində bir-bir arxa-arxaya hərəkət etməlidirlər.

3.11. Hətta hərəkət qaydalarına riayət etsəz belə, son dərəcə diqqətli olmalısınız, çünki yol hərəkətinin iştirakçılarının heç də hamsı velosipedlərin hərəkət qaydalarını yaxşı bilmir, və böyük təcrübəyə malik deyil.

4. Qəza vəziyyətlərində təhlükəsizlik tələbləri

4.1. Pis əhval vaxtı velosipeddən düşün və piyada gedin.

4.2. Travmanın alınması vaxtı bu haqda ilk yardımın göstərilməsi üçün dərhal rəhbərliyə bildirmək, zəruri olduqda onu ən yaxın müalicə müəssisəsinə göndərmək lazımdır.

4.3. Çalışın yağışlı havada velosiped sürməyin. Rütubət sizin velosipediniz istismar müddətini ciddi şəkildə qısalda bilər, hətta onları tam sırada çıxara bilər. Yağışlı (rütubətli) havada əyləclər quru havaya nisbətən daha az effektivlik ilə işləyirlər, buna görədə siz tormozlama məsafəsini uzatmalısınız.

4.4. Yadda saxlamaq lazımdır ki, yağışlı havada görmə qabiliyyəti azalır və təkərlərin hərəkəti sürüşməyə meyilli olur . Sürüşkən səthli döngələrdə sürəti endirmək lazımdır.

5. İşin sonunda təhlükəsizlik tələbləri

5.1. Tormozlamadan əvvəl uzadılmış əli yuxarı qaldırmaq lazımdır.

5.2. Hərəkətin sonunda qatlanan pilləyə velosipedi qoymaq və ya divara və ya ağaca söykəmək lazımdır.

5.3. Başqa nəqliyyat vasitəsinin hərəkətinə mane olmamaq lazımdır.

Müəllif: İsmayıl Hacıhəsənov