• Telefon: +994 50 7367575 / +99470 8975657


Çimərlikdə təhlükəsizlik qaydaları - Safety at beach



Çimərlikdə təhlükəsizlik qaydaları - Safety at beach

Çimərlikdə təhlükəsizlik qaydaları

Çimərlikdə qadağandır:

- Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək!
- Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!
- Küləkli havada dənizə girmək!
- Sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək!
- Çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq!
- Suda kobud hərəkətlər etmək!
- Çimərliyi məişət və digər tullantılarla zibilləmək!
- Çimərliyə ev heyvanlarını gətirmək!
- Çimərlikdə balıq tutmaq!
- Çimərlikdə müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq!
- Çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması!


Yadda saxlayın!
- Uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir!
- Uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır!
- Uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir!
- Xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
- Xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır!
- Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq təhlükəlidir!
- Hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Çimərliklərdə istirahət saat 9.00-dan 20.00-dək daha təhlükəsizdir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Mənbə: Az.Res. Fövqəladə Hallar Nazirliyi