• Telefon: +994 50 7367575 / +99470 8975657


İş yerində təhlükəli maddələrin əvəzedilməsi (Substitution)



İş yerində təhlükəli maddələrin əvəzedilməsi (Substitution)


“İş yerində təhlükəli maddələrin əvəzedilməsi (Substitution)
European Agency for Safety and Health at work”

Diqqət etməli olduğunuz əsas məqamlar:
• İş yerində təhlükəli maddələrə mərzu qalmaq təhlükəsizlik və sağlamlıq ilə bağlı əsas məsələlərdən biri olmaqda qalır.
• Riski azaltmanın ən yaxşı yolu təhlükəli maddəni aradan qaldırmaq və ya onu digəri ilə əvəz etməkdir, hansı ki, əvəvz olunan həmin maddə digərinə nisbətdə daha az təhlükəlidir.
• Əvəzetmə mərhələli olan bir prosesdir. Burada risklərin qiymətləndirilməsi prosesin təməlini təşkil edir.
• Rəhbərlik və sıravi işçilər risklərin qarşısının alınmasında güclü təhlükəsizlik mədəniyyəti formalaşdıra bilər. Hansı ki, əvəzetmənin özü qarşısı almanın və müdafiyənin bir hissəsidir.

Aradanqaldırma və əvəzetmə “STOP” prinsipi əsasında sizlərə təqdim olunur:
S – Substitution (əvəzetmə) = Təhlükəli maddənin birdəfəlik aradan qaldırılması və ya onun daha təhlükəsiz alternativi ilə əvəz edilməsi (substitution)
T – Technological measure (texnoloji tədbirlər) = Məruzqalma zonasında təhlükəli maddənin konsentrasiyasının minimallaşdırılması
O – Organisational measures (idarəetmə tədbirləri) = Təhlükəli maddələrə məruz qalacaq işçilərin sayını və onların məruz qalma müddətinin minimallaşdırılması
P – Personal Protective Equipment (FMV) = Məruz qalma qarşısında baryer yaratmaq üçün müvafiq qoruyucu geyim və digər avadanlıqlardan istifadə etmək (misal üçün: qoql eynək)