• Telefon: +994 50 7367575 / +99470 8975657


E-learning kursları



E-learning kursları


TEZLİKLƏ!


“HSE.AZ” MMC, sizlərə SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) təlimlərini E-LEARNİNG (Onlayn) formada təqdim edir.

E-learning nədir?
“E-learning”in başadüşülməsi olduqca sadədir. E-learning - ənənəvi sinifotağı tipli təlimlərdən fərqli olaraq elektronik texnologiyalar vasitəsilə təhsil / təlim / öyrənmə sisteminə daxil olaraq öyrənməkdir. E-learning hər hansı DVD kaset, TV kanal deyil. Bu, öyrənmənin elə bir interaktiv formasıdır ki, sizlər burada kurs materialına daxil olur, öyrənməni video-animasiya, müxtəlif şəkillər, cədvəllər, qrafiklər vasitəsilə qavrayır, tutorlar, mütəxəsisslər və eyni sahə üzrə təhsil alan şəxslərlə əlaqə qura bilirsiniz.

E-learningin üstünlükləri
• Məkan sərbəstliyi – Siz, şəxsi komputer, planşet və ya telefon ilə olduğunuz yerdən kursa daxil ola bilərsiniz. Bu zaman, internetin olmasının vacibliyi əsas məsələdir. Kursa getmək üçün şərt deyil ki, təyin olunmuş sinifotağında olasınız.
• Vaxta qənaət – Siz vaxta olduqca qənaət edirsiniz. Belə ki, bu təhsil zamanı sinifotağının yerləşdiyi məkana getmək və geri qayıtmaq üçün vaxt itkisindən yayınırsınız.
• Sürətli tədris – Sinifotağından fərqli olaraq, siz e-learning zamanı tutoru və ya hansısa tələbənin danışığını və s gözləmək məcburiyyətində deyilsiniz. Kurs tamamilə sizin əlinizdədir. Ardıcılıqla öz qavrama qabiliyyətinizdən və cəldliyinizdə asılı olaraq kursu sürətlə bitirə bilərsiniz. Sürətli tədris ilə E-learning tədris zamanı siz həm də təxminə 25-60% vaxta qənaət edirsiniz.
• Xərcə qənaət – Ənənəvi sinifotağı tipli təlimlərdən fərqli olaraq, siz e-learning zamanı təlimçiyə, kurs məkanına, kurs materiallarına, səyahətə sərf edəcəyiniz xərclərə qənaət edirsiniz.
• İnteraktiv – E-learning kurslar sizin mövzunu başa düşməyiniz üçün interaktiv formada (müxətlif videolar, animasiya şəkillər, qrafiklər, cədvəllər, müxətlif quizlər, sınaq imtahanları və s) hazırlanır ki, bu da sizdə öyrənməni daha da güclü edir.
• Ətraf mühitin mühafizəsi – E-learning öyrənmənin kağız-vərəqsiz öyrənilməsidir. Bu tədris zamanı ehtiyyac olan vərəqlər üçün AĞACLARI KƏSMƏK tələb olunmayacaq. Həmçinin, e-learning vasitəsilə sizlər 90% daha az elektrik enerjisi sərf edəcəksiniz, 85% daha az CO2 emisiyasına səbəb olacaqsınız. Bir sözlər e-learning ətrafmühitə dost bir metoddur (Ecofriendly).
• Və s.

Tezliklə!
Bizimlə qalın!