• Telefon: +994 50 7367575 / +99470 8975657


"Xəzəri qoruyaq" adlı sosial video çarx



"Xəzəri qoruyaq" adlı sosial video çarx


Bu sosial çarx ətraf mühitin mühafizəsinə aid olub Xəzər dənizinin ekoloji problemlərini gündəmə gətirməklə diqqəti dənizin və onun canlı aləminin qorunmasına, eləcə də insan olaraq özümüzü və gələcək nəslin mühafizəsinə yönəldib. “Xəzəri qoruyaq” adlı bu qısa video material Sumqayıt şəhərində, dənizin sahilində çəkilib. Qısa videoda sizlərə təqdim olunan bütün məlumatlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az saytına məxsusdur.
Bir məqamı qeyd etmək istəyirik ki, Xəzər dənizinin ekoloji problemi onun ətrafında olan 5 ölkə və digər faktorlarla bağlıdır. Vurğulamaq istəyirik ki, Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirir.

Qısa sosial çarxı ərsəyə gətirdilər - HSE.az komandası:
İdeya müəllifi: Rüstəm Abdullayev
Operator: Orxan Səfərli
Montaj: Mircavad Fatullayev

İnformasiya dəstəyinə görə AzNews.info, təşkilati dəstəyə görə isə Linzalar.Az-a təşəkkürlər.