• Telefon: +994 50 7367575 / +99470 8975657


"28 may NQÇİ"nin işçisi dənizə düşərək həyatını itirib



"28 may NQÇİ"nin işçisi dənizə düşərək həyatını itirib

Bu gün “MPK-460” gəmisi “28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündən yük qəbul edərkən 4-cü dərəcəli takelajçısı Hüseynov Ağazaman Əlqardaş oğlu gəminin yırğalanması nəticəsində müvazinətini itirərək dənizə düşüb.

Bu barədə SalamNews-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, suya atılan xilasetmə dairələrini tuta bilməyən A.Hüseynov “Nefteqaz-62” gəmisindən suya endirilmiş qayıq vasitəsilə sudan çıxarılıb.

“Gəmidə olan heyət tərəfindən A.Hüseynova ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, onun öldüyü məlum olub. Hadisə ilə bağlı araşdırma aparılır”, - məlumatda qeyd olunub.

SOCAR Azərbaycan neftçiləri adından mərhumun ailəsinə başsağlığı verir, səbr diləyir.

Mənbə: salamnews