• Telefon: +994 50 7367575 / +99470 8975657


Bakıda məktəbdə yanğın - Fire in a school in Baku



Bakıda məktəbdə yanğın - Fire in a school in Baku

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 3600 m² olan (hər mərtəbəsi 1200 m²-dir, 2 və 3-cü mərtəbələrdə məcburi köçkünlər məskunlaşmışdır, 1-ci mərtəbədə 45 saylı orta məktəb fəaliyyət göstərir) üçmərtəbəli binanın 3-cü mərtəbəsində otaqlar, taxtadan ibarət arakəsmələri 132 m² sahədə, dəhliz 168 m² sahədə və binanın dam örtüyü 20 m² (ümumi 320 m²) sahədə yanmışdır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunmuşdur. Hadisə zamanı 10 nəfər bina sakini xilas olunmuş, 100 nəfər şagird və 50 nəfər bina sakini təxliyə edilmişdir. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.​

Fövqəladə Hallar Nazirliyinin məlumatı.

Foto şərtidir.